Tədarükün azalması ehtimalı neftin bahalaşmasına səbəb oldu
Koronavirusun (COVID-19) “delta” ştammının yayılması səbəbindən tədarükün azalması ehtimalı fonunda dünya bazarında neft bahalaşır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 75,36 ABŞ dollarına satılıb.
WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,34% artaraq, 1 bareli 74,35 dollar təşkil edib.
Treyderlər COVID-19-un “delta” ştammının yayılmasının neftə olan tələbə və iqtisadiyyatların bərpasına mənfi təsir göstərəcəyindən ehtiyat edirlər.
OPEC+ alyansının müqaviləsi ətrafında mövcud olan qeyri-müəyyənlik də bazara təsirsiz ötüşmür. İnvestorlar alyansın neft hasilatını artıracağını güman edirlər. Lakin müqavilənin detalları naməlum olaraq qalır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay