Energetika
13.07.2021 / 11:27
Aİ qaz istehlakını artırdı, idxalı isə azaltdı
15489
Koronavirus səbəbindən iqtisadiyyatda davam edən problemlər fonunda bu ilin I rübündə Avropa İttifaqında (Aİ) qaz istehlakı illik ifadədə 10,1 mlrd. kubmetr və ya 7,6% artıb.
Valyuta.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Avropa qaz bazarlarına dair rüblük hesabatı yayımlanıb.
Hesabatda deyilir ki, 2020-ci ilin I rübündə bu göstərici 131,7 mlrd. kubmetr təşkil edirdisə, cari ilin müvafiq dövründə Aİ üzrə qaz istehlakı 141,8 mlrd. kubmetr səviyyəsində olub.
Bununla belə, hesabat dövründə Aİ üzrə xalis qaz idxalının həcmi 78,5 mlrd. kubmetr olub, bu da illik müqayisədə 2,5 mlrd. kubmetr və ya 3% azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay