Energetika
09.07.2021 / 15:33
"Qazprom"un qaz ixracından gəlirləri kəskin artıb
15369
Bu ilin yanvar-may aylarında Rusiyanın "Qazprom" şirkətinin boru kəmərləri ilə qaz ixracından əldə etdiyi gəlirləri 57,7% artaraq 16,2 mlrd. ABŞ dollarına çatıb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, may ayında qazın ixrac qiyməti aprel ayına nisbətən 7,7% artaraq 1 000 kubmetrə görə 199,7 dollar təşkil edib.
Məlumata görə, yanvar-may aylarında qaz ixracının fiziki həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 91,4 mlrd. kubmetrə çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay