“Delta” neftin qiyməti ilə bağlı narahatlıq yaratmaqda davam edir
Brent nefti, koronavirusun Delta variantına dair narahatlıqlar və OPEC-də yaşanan anlaşılmazlıq ilə əlaqədar gələ biləcək yeni xəbər gözləntiləri ilə 73 dollar ətrafında ticarət olunur.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bir çox ölkədə koronavirusa yoluxanların sayının artmasından sonra yenidən açılmaların sürəti mövzusunda xəbərdarlıq edib. Təşkilata görə, ölkələr məhdudiyyətləri yumşaltmaqda tələsməməlidirlər.
OPEC+un Avqust ayı və sonra üçün istehsal planı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin razılaşa bilməməsinə görə təsdiq edilməyib. Əgər istehsal (təklif) hazırkı səviyyələrdə davam etsə və gələn ay tələb daha da artsa qiymətlər yüksələ bilər. Əgər OPEC+da razılaşma olmasa və ölkələr birtərəfli istehsallarını artırsalar neft ucuzlaşa bilər.
Bakı vaxtı ilə saat 09:32-də Brent nefti 73,44 dollardan ticarət olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay