Rusiya neft bazarındakı vəziyyətdən məmnundur - Analitiklər
Neft qiymətləri, OPEC+un razılaşa bilməməsindən sonra çərşənbə axşamı günü 7 ilin ən yüksək səviyyəsinə yüksəlmişdi.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Qərbi Texas nefti, çərşənbə axşamı günü 2%-dən çox bahalaşıb 76,93 dollara çataraq 7 ilin zirvəsini gördükdən sonra ucuzlaşıb.
Dünən axşam neft qiymətləri kəskin düşüdü. Buna, OPEC üzvlərinin və ABŞ-ın hasilatı artırmağa hazır olduğu barədə xəbərlər səbəb olmuşdu.
Bir çox OPEC+ üzvü Avqust ayından etibarən neft hasilatının gündəlik 400 min barel artırılması mövzusunda razılaşmışdı, amma Birləşmiş Ərəb Əmrlikləri istehsal kvotalarının dəyişdirilərək gündəlik əlavə 700 min barel neft hasil etmək istəyir. Bu istək ilə digər OPEC+ üzvləri razılamırlar.
Razılaşmatəmin olunana qədər OPEC+ ölkələri avqust ayında istehsalı artıra bilməyəcək və bu da bazarlarda təklifin az qalmasına səbəb ola bilər.
Analitiklər bildirirlər ki, Rusiya işlərin olduğu kimi getməsindən məmnun kimidir. OPEC üzvləri tərəfindən edilən şərhlərə baxılsa böyük ehtimalla razılaşma təmin olunacaq.
Bakı vaxtı ilə saat 10:46-da Brent nefti 0,4% bahalşama ilə 74,80 dollardan ticarət olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay