Neft qiymətinin artımı bir qədər səngiyib
ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2014-cü ilin noyabr ayından bu yana ən yüksək hədd olan 76,98 dollara çatdıqdan sonra qiymət artımı bir qədər səngiyib.
Valyuta.az “Report”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:13-ə olan vəziyyətə görə, “Brent” markalı neftin sentyabr fyüçersləri 0,19 faiz bahalaşaraq 77,31 ABŞ dollarından, “WTI” markasının avqust fyüçersləri isə 1,58 faiz bahalaşaraq 76,35 dollardan satılıb.
Xatırladaq ki, ötən həftə OPEC+ formatı çərçivəsində keçirilən görüşlərdə hasilatın ixtisarına dair razılaşmanın müddətini 2022-ci ilin aprelindən dekabrınadək uzatmaq qərarı Birləşmiş Ərəb Əmirliklərinin etirazı səbəbindən baş tutmayıb.
“Məncə, son nəticədə tərəflər razılığa gələr, avqust ayından sonra bazara əlavə neft çıxarılar” – deyə “Saxo Bank”ın eksperti Ole Hansen “Bloomberg”-ə bildirib. Onun fikrincə, məsələ ilə bağlı Çin, Hindistan, ABŞ kimi ən iri neft istehlakçısı ölkələrinin siyasi təzyiqlərinin də olacağı istisna edilmir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay