"OPEC+" görüşü yenidən təxirə salınıb - RƏQƏMLƏR
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin razılaşmanın gələcək taleyi ilə bağlı danışıqları 5 iyul tarixində yenidən baş tutmayıb.
Bu barədə "APA-Economics" "OPEC+"in məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, növbəti iclasın tarixi bir qədər sonra təyin olunacaq və bu barədə ictimaiyyətə xəbər veriləcək.
Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.
Qeyd edək ki, "OPEC+" ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay