05.07.2021 / 15:00
IEA 2021-2024-cü illərdə qlobal qaz tələbatı ilə bağlı proqnozunu açıqlayıb
15099
Qaza olan qlobal tələbat 2024-cü ildə pandemiyadan əvvəlki göstərici (2019-cu il) ilə müqayisədə 6,9% artacaq və 4 277 mlrd. kubmetr təşkil edəcək.
Valyuta.az-ın Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, 2020-ci ildə qaza olan qlobal tələbat 3 926 mlrd. kubmetr olub, bu da illik müqayisədə 1,9% azdır.
Agentliyin proqnozuna əsasən, qlobal tələbat 2021-ci ildə 4 069 mlrd. kubmetr, 2022-ci ildə 4 127 mlrd. kubmetr, 2023-cü ildə isə 4 205 mlrd. kubmetr təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay