Energetika
01.07.2021 / 20:16
ABŞ nefti bahalaşdı - Qiymət ən yüksək həddə çatdı
14995
ABŞ-ın Qərbi Texas (WTI) nefti bu gün günorta saatlarında 3%-ə yaxın bahalaşıb.
Valyuta.az Marja.az-a istindən xəbər verir ki, bu markalı neftin bir barelinin avqust ayı üzrə fyuçers qiymətləri 75 dolları keçib. Bu isə, 2018-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.
Ümumiyyətlə, WTI nefti son bir ildə 50%-dən çox bahalaşıb. 2021-ci ilin əvvəlində orta qiyməti bir barelə görə 48,5 dollar təşkil edirdi. Qiymətin bugünkü artımı OPEC+ toplantısı ərəfəsində baş verib.
Hazırda Brent markalı neftin bir barelinin sentyabr ayı üzrə fyuçers qiymətləri 76,55 dollar ətrafındadır. Brent nefti 2,6% bahalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay