Energetika
01.07.2021 / 19:23
Avropada qazın qiyməti 13 ilin ən yüksək səviyyəsinə qalxdı
14928
Ardıcıl yeddinci ticarət günündə Avropa Birliyində təbii qaz qiymətləri min kubmetr üçün 400 dolları keçib və bu 13 ildə ən yüksək səviyyədir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, çərşənbə günü Hollandiyadakı TTF mərkəzində təbii qaz daha 4% bahalaşaraq min kubmetrə 465-ə çatıb.
Rusiyanın "Qazprom" şirkətinin Ukrayna ərazisindən tranziti artırmaqdan imtina etməsi Avrpada qaz qiymətlərinin yüksəlməsinə səbəb olur.
Qaz çatışmazlığını LNG ödəyə bilərdi, lakin iyun ayında Avropaya tədarükü 20% azalıb, çünki LNG böyük həcmlər ilə qiymətlərin daha da yüksək olduğu Asiya tərəfindən alınır.
Yeni qaz təchizatı mənbəsi olmadığından Avropada təbii qazın davamlı olaraq bahalaşacağı, ilin sonuna daha yüksək qiymətlər yaranacağı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay