30.06.2021 / 20:51
STAR zavodu xam neft idxalını artırıb
14892
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin aprelində 900 459 ton xam neft idxal olunub.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatı (EPDK) məlumat verib.
Qeyd edilir ki, 2020-ci ilin eyni dövründə zavod 891 158 ton neft idxal etmişdi.
STAR mart ayında 539 737 ton dizel yanacağı, 16 955 ton aviakerosin, 11 956 ton mayeləşdirilmiş neft qazı, 118 298 ton nafta, 53 738 ton neft koksu, 28 856 ton neft emalı zavodu üçün qeyri-maye qaz, 78 273 ton ağır vakuum qazoylu, 1 103 ton yüksək kükürd tərkibli dizel yanacağı və 107 837 ton digər məhsul istehsal edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay