"OPEC+"dan XƏBƏRDARLIQ: Neft bazarında ciddi disbalans riskləri var
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) 2022-ci ilin aprel ayından sonra qlobal neft bazarında əhəmiyyətli qeyri-müəyyənlik və potensial disbalans riski barədə xəbərdarlıq edib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" razılaşma iştirakçılarının daxili hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, "OPEC+" texniki komitəsinin ekspertlərinin fikrincə, tələb və təklifin artacağını nəzərə alaraq, müxtəlif ssenarilərə əsasən 2022-ci ilin sonu üçün qlobal bazarda artıq neft həcmlərinin yaranması gözlənilir.
Məlumata görə, baza ssenariyə əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində 2021-ci ilin III rübündə neft ehtiyatları 2015-2019-cu il ortalama göstəricilərindən 96 mln. barel, IV rübdə isə 125 mln. barel çox olacaq.
Bununla yanaşı, tələbin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq "OPEC+" 2022-ci ilin sonunda bazarda 181 mln. barel artıq təklifin olacağını gözləyir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay