Türkiyə Azərbaycan qazının idxalını 8% artırıb
Bu ilin yanvar-aprel ayında Türkiyə Azərbaycandan 3 929,17 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 7,8% çoxdur.
Valyuta.az "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, yanvar-aprel ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb.
Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 3 645,81 mln. kubmetr qaz idxal edib.
Cari ilin aprel ayında Türkiyə Azərbaycandan 771,2 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 15,86% azdır. Aprel ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay