BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
14726

Dünya bazarında bir müddətdir ki, neft qiymətlərində artım dinamikası müşahidə edilir. Belə ki, hazırda  "Brent" markalı neftin bir bareli 76 dolardan baha satılır.

Bəs görəsən “qara qızıl”ın qiymət artımını şərtləndirən amillər hansılardır? 
Həmçinin, qiymətlərdəki artım tendensiyası hansı həddə kimi davam edə bilər?

Valyuta.az xəbər verir ki, Redaktor.az-ın mövzu ilə bağlı sualları iqtisadçı Rəşad Həsənov cavablayıb. 

O bildirib ki, neftin qiymətinin bahalaşmasına təsir edən bir neçə amil var:

“Əsas səbəblərdən biri ölkələrin pandemiyadan çıxışı və karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin sürətlə aradan qalxmasıdır. Dünya bazarlarında neftə olan tələbin 20 faizini formalaşdıran aviasiya sahəsində aktivliyin artması neftə olan tələbi artırır. Digər bir səbəb isə ABŞ-da neft rezervlərinin həcminin azalması ilə bağlıdır. Belə ki, ABŞ-da aktiv quyuların sayında son həftələr ərzində ciddi azalmalar qeydə alınır. Bundan başqa hər il yay mövsümündə yanacağa tələb artır. Bu da öz növbəsində qiymətləri artırır”.

R.Həsənov qiymət artımında rol oynayan digər məqamları da qeyd edib:

“İranda baş verən proseslər də qiymətə təsir edir. Əslində bir neçə həftə əvvəl İranla razılaşmlar fonunda sanksiyaların qısa müddətli aradan qalxacağı və bazara böyük həcmdə İran neftinin daxil olacağı gözlənilirdi. Yəni, təqribən gündəlik əlavə 2 milyon barel neftin bazara daxil olacağı ehtimal edilirdi. Lakin yeni prezident seçkilərindən sonra situasiya bir qədər dəyişdi. Çünki İranın yeni prezidenti bu istiqamətdə konservativ mövqe sərgiləyir. O, uzlaşmadan daha çox birtərəfli güzəştlər tələb edən mövqedədir. Buna görə də bazar iştirakçıları İranla uzlaşma ehtimalının azaldığı qənaətindədir. Bütövlükdə bu faktorlar və OPEC+ ölkələri çərçivəsində razılaşmalarda daha ehtiyatlı qərarların qəbul edilməsi fonunda neftin qiyməti bahalaşır. İndiki halda qiymət 80-85 dollara qədər arta bilər. Lakin uzumüdddətli dövr ərzində qiymətlərin bu səviyyədə qalması gözlənilmir. Böyük ehtimalla ilin sonuna doğru qiymətlərin 65 dollar ətrafında dəyişəcəyi gözlənilir”.

İqtisadçı əlavə edib ki, Azərbaycan neftinin qiyməti dünya bazarlarında qiymət dinamikasından asılı olaraq dəyişir:

“Azərbaycan qiymətlərə birbaşa təsir edən yox, formalaşan qiymətdən yararlanan ölkədir. Biz indiki şərtlər daxilində bazara gündəlik olaraq neftin 0,4-05 faizini təklif edirik. “Azeri Light” "Brent" markalı neftdən təxminən 1 dollar bahadır. Yaxın həftələr ərzində Azərbaycan neftinin qiymətinin də 75-80 dollar ətrafında olacağı gözlənilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 40% artıb

İşçilərin sosial mediada ən çox etdiyi səhvlər

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı, şəhərin Baş planı ilə tanış oldu

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Macarıstan Azərbaycandan daha çox təbii qaz almağı planlaşdırır

Magistr olmaq istəyənlərin nəzərinə!

Azərbaycanlı təsisçinin startapı beynəlxlaq mükafat qazanıb

Bakının məşhur məktəbi təmirə bağlanır - Şagirdlər bu təhsil ocaqlarına köçürülür

Neçə nəfərə sosial müavinət və təqaüd təyin olunub?

Vətəndaşlar Laçına şəxsi avtomobillə gedə biləcək

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Üç ayda bu məhsulun satışından 50 milyon dollardan çox gəlir əldə etmişik - Qiymətlər

Bu rayonlarda qaz olmayacaq

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Velosiped və skuterlər üçün zolaq çəkilərkən avtobus dayanacağı niyə nəzərə alınmayıb? - VİDEO

Avro və rubl bahalaşdı - Məzənnə

Şuşada 450 mənzilli kompleks tikilir (VİDEO)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

“Azeri Light”ın qiyməti 90 dollara çatır

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin