“Petkim” SOCAR-a borcunu qaytarmağı təxirə saldı
"Petkim" şirkəti "SOCAR Türkiyə" şirkəti ilə bağladığı 720 milyon dollar məbləğindəki səhm alqı-satqısı müqaviləsi çərçivəsində iyun sonuna olan üçüncü tranş ödəmənin, pandemiya və bazar şərtlərilə əlaqədar olaraq 6 ay uzadılmasına qərar verildiyini açıqlayıb.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, "Petkim" şirkətinin açıqlamasında deyilir:
"Bütün dünyada təsirini davam etdirən pandemiya və bazarlarda yaşanan mənfi proseslər ilə əlaqədar olaraq, borcun bağlanması tarixinin ən geci 03.01.2022-ci il tarixinə qədər təxirə salınmasının uyğun olacağı qiymətləndirilmişdir. "SOCAR Türkiyə" ilə razılaşma təmin edilərək müqaviləyə bu barədə dəyişiklik edilmişdir".
"Petkim" şirkəti (Petkim Petrokimya Holding AŞ), "Star" neft emalı zavodunu tikmiş "STAR Rafineri AŞ"nin səhmdarı olan "SOCAR Türkiye Enerji" şirkətində (STEAŞ) "Rafineri Holding"in 30% payını 720 milyon dollara satın alıb və satınalma nəticəsində dolayı yolla "Star"da 18% paya sahib olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay