BTQ-nin Gürcüstan hissəsi tam elektrikləşdirilib
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində elektrikləşdirilmə işləri yekunlaşdırılıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə layihənin Gürcüstan tərəfindəki rəhbərliyindən bildirilib.
Məlumata əsasən, elektrik enerjisi ilə təchizatda “Siemens”, “Secheron” və digər aparıcı şirkətlərin müasir avadanlıqlarından istifadə edilib və ümumilikdə 8 yarımstansiya quraşdırılıb.
Qeyd edək ki, BTQ üzrə tikinti işlərinin 82 %-i başa çatdırılıb.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay