Bu ölkələrdə elektrik enerjisinin qiymətləri rekord həddə artıb
Anomal istilər Baltikyanı ölkələrdə və Şərqi Avropada elektrik enerjisi qiymətlərinin kəskin artmasına səbəb olub, bəzi ölkələrdə 1 MVt saatının spot qiyməti 100 avronu keçib.
Valyuta.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, Litvada son bir həftə ərzində (21-27 iyun) 1 MVt saatın orta qiymət 85,5 avro təşkil edib ki, bu da ayın əvvəlindəki göstəricidən 28% çoxdur.
Bu, 2015-ci ilin payızından bəri son altı ildə ölkə üçün ən yüksək qiymət səviyyəsi hesab olunur.
Elektrik enerjisinin qiymətlərindəki artım Avropa İttifaqının digər ölkələrində də müşahidə edilib.
Belə ki, həftə ərzində Polşada 1 MVt-ın qiyməti 88 avronu, Macarıstan və Çexiyada isə pik saatlarda bu göstərici 100 avronu üstələyib.
Bu, isti hava şəraitində kondisionerlərin işlədilməsində kəskin artımla və külək enerjisi istehsalında azalma ilə əlaqələndirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay