Energetika
28.06.2021 / 10:17
Türkiyə-Azərbaycan qaz kəmərinin tikintisi başlayacaq
14663
Türkiyə ilə Azərbaycan arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə hazırlıq işləri başa çatıb.
Valyuta.az-ın Trend.az-a istinadən məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
Nazir bildirib ki, hazırda Türkiyə bəzi texniki məlumatlarla əlaqədar Azərbaycan tərəfinin təsdiqini gözləyir:
"Bundan sonra qaz kəmərinin tikintisi başlanacaq. Marşrutun dəqiqləşdirilməsi və layihələndirmə üzrə işlərimiz başa çatıb".
Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay