SOCAR Türkiyəyə qaz ehtiyatları ilə bağlı töhfə verə bilər
SOCAR Qara dənizdə təbii qaz ehtiyatlarının çıxarılmasında Türkiyəyə dəstək olmağa hazırdır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR Türkiyə"nin (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) baş direktoru Zaur Qəhrəmanov bildirib.
Məlumata görə, Türkiyənin Qara dənizdəki qaz ehtiyatlarının həcmi 540 mlrd. kubmetr təşkil edir və, Z. Qəhramanovun sözlərinə görə, SOCAR burada (dənizdə – red.) yerləşən resursların mənimsənilməsində öz töhfəsini verməyə hazırdır.
Xatırladaq ki, SOCAR Türkiyənin enerji sektorunda aktiv iştirak payına malikdir. Şirkət ölkədə neft-kimya, neft emalı, neft məhsullarının satışı və digər sahələrdə təmsil olunub. SOCAR-ın Türkiyə iqtisadiyyatına etdiyi investisiyaların həcmi 19,5 mlrd. ABŞ dollarına bərabərdir, bu da şirkəti ölkədə ən iri xarici investor edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay