Bu il TANAP vasitəsilə Türkiyəyə 2,5 milyard kubmetr qaz ixrac edilib
2021-ci ilin əvvəlindən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 2,5 milyard kubmetr qaz ixrac edilib.
Valyuta.az-ın verdiyi xəbərə görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycan qazının Türkiyəyə ixracına başlanıldığı 2006-cı ildən bu günədək bu ölkəyə 82milyard kubmetr təbii qaz çatdırılıb. Bu il TANAP vasitəsilə Türkiyə istehlakçılarına 2,5 milyard kubmetr təbii qaz ixrac edilib”, - deyə o, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclasında çıxışı zamanı bildirib.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Layihə üzrə faktiki xərclər $6,5 milyard təşkil edib.
Qaz kəmərinin ötürmə qabiliyyəti 16 milyard kubmetr təşkil edir. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndərilir. Gələcəkdə kəmərin illik gücü 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəməri Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay