23.06.2021 / 18:40
SOCAR \"Ukrayna dəmir yolları” üçün dizel yanacağı tədarük edə bilər
14472
“Ukrayna Dəmir Yolları” (“Ukrzaliznıtsa”) 200 min ton dizel yanacağı almaq niyyətindədir.
Valyuta.az Report.az-a istinadən verdiyi məlumata görə, artıq dövlət müəssisəsi bu məhsulun tədarükü ilə bağlı tender elan edib.
2021-ci il üçün dizel yanacağının tədarükü ilə bağlı elan edilmiş tenderə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti də qatılıb.
Bundan başqa, tenderə OKKO, “Torum”, “QazStream”, “Alliance Energo Trade”, “Oil Trade 2008”, “Livayn Torq” və “Martin Trade” şirkətləri də iştirak üçün ərizə veriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay