Azərbaycan Avropa ölkələrinə neft ixracını artırıb - RENKİNQ
Bu ilin yanvar-may aylarında Azərbaycandan Avropa ölkələrinə ümumi dəyəri 3,585 mlrd. ABŞ dolları təşkil edən 8 797 819,46 ton neft idxal edib.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, Avropaya göndərilən neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8%, dəyəri isə 7,6% artıb.
Avropa ölkələri arasında Azərbaycan neftinin ən iri idxalçısı İtaliya olub. Cari ilin ilk beş ayında İtaliya Azərbaycandan 2,450 mlrd. dollar dəyərində 5 982 918,16 ton neft idxal edib ki, bu da illik müqayisədə həcm ifadəsində 3,3%, dəyər ifadəsində isə 1,6% çoxdur.
Qeyd edək ki, Azərbaycanın Avropa neft ixracı bazarında ikinci yerdə qərarlaşan İspaniya isə hesabat dövründə ölkədən 338,982 mln. dollarlıq 865 947,16 neft idxal edib, bu da illik müqayisədə həcm ifadəsində 4 dəfə, dəyər ifadəsində isə 3,5 dəfə çoxdur.
Azərbaycandan 2021-ci ilin yanvar-may aylarında neft idxalı həyata keçirən Avropa ölkələrinin renkinqi:
# |
Ölkələr |
Həcm, ton |
İllik dinamika |
Dəyər, mln. $ |
İllik dinamika |
1 |
İtaliya |
5 982 918,16 |
3,3% |
2 449,86 |
1,6% |
2 |
İspaniya |
865 947,16 |
4 dəfə |
338,98 |
3,5 dəfə |
3 |
Ukrayna |
480 800,72 |
-29,4% |
173,24 |
-6,4% |
4 |
Portuqaliya |
451 184,17 |
31,2% |
193,47 |
48% |
5 |
Xorvatiya |
444 811,96 |
-34,6% |
177,19 |
-15,5% |
6 |
Böyük Britaniya |
270 508,23 |
- |
124,68 |
- |
7 |
Almaniya |
91 823,81 |
-3,1 dəfə |
37,38 |
-2,8 dəfə |
8 |
İrlandiya |
87 840,9 |
- |
41,73 |
- |
9 |
Rumıniya |
84 725,08 |
-7,6% |
30,58 |
-17,4% |
10 |
Çexiya |
37 259,27 |
-10,5 dəfə |
17,56 |
-9 dəfə |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay