Energetika
18.06.2021 / 18:25
Neft bazarında qiymət azalmasının sürəti zəifləyib
14233
Dünya neft bazarında qiymət azalmasının sürəti bir qədər zəifləyib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14.51-ə olan vəziyyətə görə “Brent” markalı neftin avqust fyüçersləri 0,56 faiz ucuzlaşaraq 72,67 ABŞ dollarından, “WTI” markalı neftin iyul fyüçersləri isə 0,38 faiz ucuzlaşaraq 70,77 dollardan satılıb.
Ötən gün isə hər iki marka müvafiq olaraq 1,76 faiz və 1,54 faiz ucuzlaşmışdı.
Qiymət azalması daha çox Federal Ehtiyatlar Sistemi 2023-cü ildə faiz dərəcələrini artıracağını açıqladıqdan sonra bazarda baş verən dalğalanmalarla əlaqələndirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay