BAKU Azərbaycan
33.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Bu gün Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib.

Valyuta.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Bildirilib ki, stansiyanın layihələndirilməsi və qurulması Energetika Xidmətinin mütəxəssisləri, tikinti-quraşdırma işləri isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb. 

Burada hər birinin gücü 280 vatt olan 3520 müasir aliminium çərçivəli günəş paneli, 50 kilovatt gücü olan 20 invertor, 11 ədəd 10 kilovatt gücü olan invertor-controller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılıb. 

Daxilində 10/0,4 kilovoltluq transformator, 10 kilovoltluq qapalı paylayıcı və 0,4 kilovoltluq paylayıcı və idarəetmə otaqları inşa edilib. Alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemləri üçün kabel xətləri çəkilib, ərazi çəpərlənib, stansiya 10 kV-luq “6-saylı şəhər” hava elektrik verilişi xəttinə qoşulub. Burada il ərzində 1,6 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. 

Külək potensialını ətraflı araşdırmaq üçün daha 7 ədəd 10 kilovatlıq külək turbini sifariş olunub gətirilib və 6-sı quraşdırılıbdır. Ümumilikdə, stansiyada 11 külək turbini quraşdırılıb.

Ali Məclisin sədri yeni qurulacaq Culfa yarımstansiyasının layihəsinə baxıb, işlərə başlanılması barədə tapşırıq verib.

Culfa rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon sakinləri adından Ali Məclisin sədrinə minnətdarlıq edib. 

Ali Məclisin sədri Culfa rayonunun Yaycı kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı layihənin hazırlanması barədə tapşırıq verib.

Son xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Avropa zavodlarında işəgötürmə tempi rekord səviyyəyədir

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxdu

Bərpa olunan enerji mənbələri əməkdaşlıq üçün perspektivli sahədir - Nazirlik

Nazir proqnoz verdi: “AzerGold” 2035-ci ilədək 16 minə yaxın işçi cəlb edəcək

Mayda STAR neft emalı zavodu xam neft idxalını 14 faiz azaldıb

Gürcüstanda epidemioloji vəziyyət kəskinləşdi

“Urals” neftinin qiyməti 60 faiz artıb

Sərhəddə müxtəlif adda dərman preparatları saxlanıldı

“Pfizer” və “Moderna” Avropa üçün peyvənd qiymətlərini artırdı

Baş nazir qərar verdi: 20 ölkədən uçuşlara icazə verildi

Böyük Kəsik–Ağgöl yolunun tikintisinə 2,2 milyon manat ayrıldı – SƏRƏNCAM

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Təhsil Nazirliyi V qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycanda müştərilərə verilən kreditlərin həcmi açıqlandı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

“Saudi Aramco” bitkoin mayninq edəcəyi ilə bağlı şayələri təkzib edib

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

IT sahəsində Azərbaycanla əməkdaşlıq ikitərəfli münasibətlərin prioritetidir - AÇIQLAMA

Bütün xəbərlər
-->