BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
14226

Azərbaycan Ukraynaya qaz tədarükü ilə bağlı yeni mənbələrdən biri ola bilər.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Qaz Nəqli Operatoru Sisteminin müştərilərlə iş şöbəsinin müdiri Andrey Prokofyev enerji sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun 4-cü iclasında çıxışı zamanı bildirib.

“Biz Ukrayna ilə Azərbaycanın neft-qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk və bunun inkişafında maraqlıyıq. Vacib olanı isə budur ki, Azərbaycan tərəfinin də Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirmək üçün marağı var”, - deyə o bildirib.

Xatırladaq ki, hazırda Azərbaycandan Ukraynaya təbii qazın nəqli Türkiyə ərazisindən və daha sonra Trans-Balkan boru kəməri ilə mümkündür.

Qeyd edək ki, Ukrayna Qaz Nəqli Sistemi Operatoru 2020-ci ilin avqust ayında müştərilərinin istəyi ilə ilk dəfə Trans-Balkan qaz dəhlizi ilə Yunanıstandan Bolqarıstanın və Rumıniyanın qaz nəqli sistemləri vasitəsilə Ukraynaya revers qaz nəqlini həyata keçirib. Bu da Trans-Balkan marşrutunun texniki imkanlarını nümayiş etdirmiş olub.

2020-ci ildən bəri Ukrayna ilə Avropa ölkələri arasında dövlətlərarası əlaqə nöqtələrinin istismarı Avropa İttifaqının Üçüncü Enerji Paketinin tələblərinə uyğun olaraq, üçüncü tərəflərin hərraclar yolu ilə imkanlara sərbəst girişini təmin edir.

A. Prokofyev əlavə edib ki, Ukraynanın Qaz Nəqli Sistemi Operatoru idxal imkanlarını artırmaq üçün Trans-Balkan marşrutu boyunca təbii qaz nəqlinin inkişafı üzrə Rumıniya və Moldovadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir:

"Bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün daha yaxşı şərait yaradacaq”.

Qeyd edək ki, Ukraynada illik təbii qaz istehlakı təxminən 30 mlrd kubmetr təşkil edir. Bunun da təxminən illik 20 mlrd kubmetri daxili istehsalı sayəsində ödənilir. İdxal olunan qaza tələbat isə təxminən 10 mlrd kubmetr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

20 min manata qədər alına biləcək etibarlı avtomobillər

Bu xəbər neft və qızılı bahalaşdırdı

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto/Video

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin