Energetika
17.06.2021 / 22:35
"Cənub Qaz Dəhlizi"ndən başqa hansı məqsədlər üçün istifadə oluna bilər? - AÇIQLAMA
14150
"Cənub Qaz Dəhlizi"nin buraxılış gücünün 20 faizə yaxını hidrogen nəqli üçün istifadə oluna bilər və hazırda bu istiqamətdə intensiv işlər aparılır.
Valyuta.az-ın Trend.az-a istinadən məlumatına görə, bunu "SOCAR Türkiyə"nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan Avropanın "Yaşıl" sazişinə əməl etməlidir:
"Əks təqdirdə, məhsullara vergilər tətbiq olunacaq. Biz transformasiyanı düzgün həyata keçirməliyik".
V.Əliyev qeyd edib ki, SOCAR neft-qaz şirkətindən inteqrə şirkətə çevrilmək üzərində işləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay