Danimarka şirkəti SOCAR-la mühüm müzakirələrə hazırdır
Danimarkanın "Haldor Topsoe" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə karbonsuzlaşdırmanın bütün aspektlərini müzakirə etməkdə maraqlıdır.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildiriblər.
Qeyd olunub ki, "Haldor Topsoe"nin Azərbaycandakı fəaliyyəti əvvəllər ənənəvi texnologiyalar və katalizatorlar spektrinə yönəlmişdi:
"Bu gün qlobal enerji transformasiyası davam edir və "Haldor Topsoe" iqlim problemlərinin həllinə öz töhfəsini verir. Karbonsuzlaşdırma və yeni "yaşıl" gündəm bütün dünyada müştərilərimizlə müzakirələrimizin hissəsidir. Biz SOCAR-ı Azərbaycanın qlobal enerji şirkəti kimi tanıyırıq, eləcə də karbonsuzlaşdırmanın bütün aspektlərini müzakirə etməkdə maraqlıyıq".
Şirkət öz mənfəətinin təxminən 8 faizini araşdırma və tədqiqatlara sərf edir:
"Onilliklər ərzində biz ekoloji aspektlərə, o cümlədən enerji səmərəliliyi, tullantıların azaldılması və karbon izinin aradan qaldırılması məsələlərinə diqqət ayırmışıq. Son dövrlərdə iqlim problemləri bu sahələrə marağı artırıb və "Haldor Topsoe" karbonsuzlaşdırma ilə bağlı geniş həll yolları spektri təqdim edir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay