Energetika
17.06.2021 / 11:01
Azərbaycanda günəş elektrik stansiyalarının istehsalı artıb
14079
Bu ilin yanvar-may aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 39 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 mln. kVt-saat və ya 13,5% azdır.
Energetika Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, yanvar-mayda günəş elektrik stansiyalarında 20,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 mln. kVt-saat və ya 11,6% çoxdur.
Hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 94,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu göstərici illik ifadədə 5,9 mln. kVt-saat və ya 6,7% artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay