Energetika
16.06.2021 / 18:53
"Türk axını" kəməri ilə qazın nəqli dayandırılacaq
14058
22-29 iyun tarixlərində "Türk axını" qaz kəmərinin dəniz hissəsində planlı təmir işləri aparılacaq.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, təmir işləri kəmərin operatoru olan "South Stream Transport B.V." şirkəti tərəfindən aparılacaq.
"Kəmərin hər iki dəniz hissəsindən təbii qazın tədarükü 22-29 iyun tarixləri arasında planlaşdırılmış illik profilaktik və yoxlama işləri ilə əlaqədar müvəqqəti dayandırılacaq", - şirkətin məlumatında deyilir.
Qeyd edək ki, "Türk axını" kəməri Rusiya qazını Türkiyəyə və daha sonra Avropaya çatdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay