BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1183
14023

Azərbaycanın işğaldan azad edilmiş bütün rayonlarında yeni 110 kV-luq yarımstansiyalar inşa olunur.

Valyuta.az xəbər verir ki, bu barədə "Füzuli" yarımstansiyasına səfər edən jurnalistlərə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq "Şuşa" yarımstansiyası istismara verilib, yeni 110/35/10 kV-luq "Füzuli" yarımstansiyası isə üç ay ərzində tikilərək inşa edilib.

""Füzuli" yarımstansiyası dövlət başçısı tərəfindən işə salınmasından sonra artıq istismardadır. Bu yarımstansiya bütün Füzuli rayonunu, o cümlədən Füzulidəki strateji obyektləri, hava limanı, Füzuli-Şuşa avtomobil yolu, həmçinin əhali və qeyri-əhali üçün nəzərdə tutulmuş digər obyektləri elektrik enerjisi ilə təmin edir", - deyə "Azərenerji" rəsmisi bildirib.

T. Abdullayev onu da vurğulayıb ki, 110/35/10 kV-luq "Şükürbəyli" yarımstansiyasının önəmliliyi ondan ibarətdir ki, "Füzuli", "Şuşa" və "Cəbrayıl", "Qubadlı", "Zəngilan" yarımstansiyaları məhz sözügedən yarımstansiya vasitəsilə qidalandırılacaq: 

"Hazırda Qarabağda və işğaldan azad olunmuş ətraf ərazilərdə işlər davam etdirilir. Kəlbəcərdə yeni 110 kV-luq yarımstansiya tikilir və Murovu aşmaqla, Kəlbəcər rayonuna 70 km-lik məsafədə 110 kV-luq ikidövrəli xətt çəkilir. Eyni zamanda, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında analoji xətdən çəkilir".

T. Abdullayev qeyd edib ki, Ağdamda hazırda "Ağdam 1" və “Ağdam 2" 110 kV-luq yarımstansiyalar tikilir, "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında isə işlər yekunlaşıb: 

"Beləliklə, işğaldan azad edilmiş bütün rayonlarda işlər sürətlə davam etdirilir və artıq hamısı yekunlaşmaq üzrədir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

102 min qızılbalıq daşıyan yük maşını körpüdə aşdı

"Absheron Hotel Group" cərimə olunur

Türkiyədən quru meyvə alışımız 24 faiz artıb – Rəqəmlər

"Meqa Sığorta" fərdi məlumatlar haqqında qanunvericiliyi pozub

Samsung köhnə flaqmanlarını süni intellekt funksiyaları ilə təkmilləşdirəcək

“Qlobus” şirkəti üçün cərimə təhlükəsi

Tikinti şirkəti məhkəyə verildi

İngiltərədə menecerlərə ən çox pul ödəyən klub hansıdır?

“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı

"Android 15" alacaq "Samsung" smartfonlarının siyahısı

Keçmiş işçisi Bank VTB-ni məhkəməyə verdi

Monqolustan xarici bankları nümayəndəliklər açmağa dəvət edir

"Qala Sığorta" niyə məhkəməyə verilib?

Gömrük Komitəsi “Tentex-Baku”ya protokol yazdı

Aeroflot növbəti “heyvan sərnişin”lərlə bağlı yeni xidmətini təqdim etdi

“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı

Oksigen zavodu məhkəməyə verildi

Sabah bu ərazidə su olmayacaq

ABŞ və Britaniyanın Rusiyaya yeni sanksiyalarından sonra nikel və alüminium bahalaşdı

Tanınmış həkim telefon nömrəsini satışa qoydu - 26 min manat

Müştərilərin ən çox narazı qaldığı banklar açıqlandı - SİYAHI

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Xəzər dənizində süni torpaq sahələri – Dəniz nəqliyyatı yaradıla bilər? (ŞƏRH)

Naxçıvanda iki təyinat

Kapital Bank-dan mükafatlarla dolu “50 gün 50 hədiyyə” lotereyası ®

Azərbaycanda ən yüksək maaşlı sahələr -SİYAHI

Polşa Aİ-yə daxil olduqdan bəri ən böyük tranşı aldı

İbtidai siniflər üçün 5 günlük yaz tətili olacaq

İbtidai siniflər üçün 5 günlük yaz tətili olacaq

İşsizlərin DİQQƏTİNƏ: Bu qurumlarda vakansiya var - ŞƏRTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin