Bu ay SOCAR Ukraynaya 1,5 min ton LPG tədarük edib
Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Rosneft” şirkətinin birgə təsis etdikləri “SOCAR New Energy” şirkəti iyun ayının 13 günü ərzində 3,4 min ton mayeləşdirilmiş neft qazı (LPG) tədarük edib.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
Məlumata görə, bu həcmin 1,5 tonu SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə təhvil verilib.
Bu ayın ilk 13 günü ərzində Ukraynaya ümumilikdə 63 min ton LPG tədarük edilib. Bu da may ayının analoji dövrü ilə müqayisədə 11,6 min ton çoxdur.
Belə ki, bu müddət ərzində Rusiyadan Ukraynaya 27 min ton LPG aparılıb ki, bu da ötən ayın analoji dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bu müddət ərzində Qzaxıstandan Ukraynaya 19 min ton LPG tədarük edilib ki, bu da ötən ayın analoji dövrü ilə müqayisədə 11 % azdır.
Eyni dövrdə Belarusdan Ukraynaya 10,5 min ton LPG məhsulu idxal edilib ki, bu da daha əvvəlki ayın eyni dövrü ilə müqayisədə 9 % çoxdur.
Ukraynanın qərb sərhədlərindən isə ölkəyə 6 min ton LPG tədarük edilib ki, bu da may ayının 13 gününün göstəricisi ilə müqayisədə 19 % azdır. Bu müddət ərzində əsasən Litva və Piolşadan LPG tədarük edilib ki, bu həcmin miqdarları isə müvafiq olaraq 1,96 və 1,94 min ton təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay