Liviya NOC gündəlik neft hasilatını 2,1 milyon barelədək artıracaq
Liviyanın Milli Neft Korporasiyası (NOC) gündəlik neft hasilatını 2,1 milyon barelədək, illik qaz hasilatını 4,24 milyard kubmetrədək artırmağı planlaşdırır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” NOC rəhbəri Mustafa Sanallaya istinadən məlumat yayıb.
OPEC-in məlumatına görə, may ayında ölkədə “qara qızıl”ın hasilatı gündəlik 1,16 milyon barel təşkil edib.
“Hazırda neft hasilatımız gündəlik 100 min barelədək azalıb, bu isə istehsal gücümüzün cəmi 7%-ni təşkil edir. İstehsal və ixrac obyektlərində uzun müddətli dayanma korroziyaya və avadanlıqların zədələnməsinə səbəb olub ki, bu da imkanlarımızın aşağı düşməsinə gətirib çıxarıb. Bundan başqa, bəzi yataqlar (Ghani, Dahra, Mabruk, Zella) qarət edilib və faktiki dağıdılıb. Bu yataqlarda geniş yenidənqurma işləri aparılmalıdır”, - Sanalla bildirib.
Sanalla qeyd edib ki, NOC neft obyektlərinin işi üçün tələb olunan enerjini əldə etməkdən ötrü bərpa olunan enerji mənbələrindən istifadə etməkdə maraqlıdır.
Qeyd edək ki, hazırda neft və qaz gəlirləri Liviyanın ixracdan əldə olunan gəlirlərinin 95%-ni təşkil edir.
Xatırladaq ki, 2013-cü ildən 2020-ci ilədək neft ixracının dayanması səbəbindən Liviya 180 milyard ABŞ dolları itirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay