Energetika
10.06.2021 / 16:48
Azərbaycan mayda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
13676
2021-ci ilin may ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barrel olub.
Bu barədə Valyuta.az-a Energetika nazirliyindən məlumat verilib
Qeyd edilib ki, bunun 586 min barrelini xam neft, 88 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barrel, iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay