Energetika
10.06.2021 / 16:25
Ötən ay avtomobil yanacağına nə qədər pul xərclənib? - STATİSTİKA
13668
Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından (avtomobil benzini və dizel) əldə etdiyi gəlir 967,2 mln. manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% artıb.
Təkcə may ayında istehlakçılar yanacağa 231,1 mln. manat xərcləyiblər ki, bu da aprel ayı ilə müqayisədə 4,1% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,4%-i avtomobil yanacağının alınmasına sərf olunub ki, bu da aylıq müqayisədə 0,3 faiz bəndi çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay