Energetika
09.06.2021 / 14:42
Avropada təbii qazın qiyməti ən yüksək həddinə çatdı
13591
Avropada havaların dəyişkənliyi, habelə Norveçdən qaz tədarükünün azalması ilə təbii qaz bazarında qiymətlər son üç ilin maksimum həddinə çatıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Niderlanddakı TTF onlayn satış mərkəzində qazın bu günkü fyüçersləri 6 % artaraq 357 USD/1000 kubmetrdən satılıb ki, bu da 2018-ci ilin mart ayından bu yana ən yüksək rəqəmdir.
Həmin vaxt regionda havaların kəskin soyuması nəticəsində TTF-də qaz 969 USD/1000 kubmetrə, Böyük Britaniyanın NBP mərkəzində isə hətta 1 227 USD/1000 kubmetrə çatmışdı.
Bu ilin ötən dövründə TTF-də “ertəsi gün” fyüçersinin orta qiyməti 257 USD/1000 kubmetr təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay