Energetika
08.06.2021 / 17:21
Rusiyanın “Gazprom” şirkəti gəlirlərini artırıb – RƏQƏMLƏR
13528
Rusiyanın “Gazprom” şirkətinin təbii qazın satışından əldə etdiyi gəlir artıb.
Valyuta.az xəbər verir ki, “Gazprom” bu ilin ilk rübübndə təbii qazın satışından əldə etdiy gəlirlər ötən ilin müvafiq ayları ilə müqayisədə 46,8 % artaraq, 13 milyard dollara çatıb.
Digər tərəfdən, “Gazprom” 1000 metrkuba düşən təbii qaz satışı aprel ayında mart ayına nisbətən 172,5 dollardan 185,5 dollar olub.
Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, “Gazprom”un boru kəmərləri ilə təbii qaz ixracatı həcmi yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrünə nisbətdə 15,9 % artaraq 74,8 milyard kubmetrə çatıb.
Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay