Bu ay SOCAR Ukraynaya 100 ton LPG tədarük edib
Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Rosneft” şirkətinin birgə təsis etdikləri “SOCAR New Energy” şirkəti iyun ayının ilk 6 günündə 1 000 ton mayeləşdirilmiş neft qazı (LPG) tədarük edib.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
Bildirilir ki, bu həcmlərin 100 tonu SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə təhvil verilib.
Məlumata görə, bu ayın ilk 6 günü ərzində Ukraynaya ümumilikdə 27 min ton LPG tədarük edilib. Bu da may ayının analoji dövrü ilə müqayisədə 3,5 min ton çoxdur.
Belə ki, bu müddət ərzində Rusiyadan Ukraynaya 10,7 min ton LPG aparılıb. Bu müddət ərzində Qzaxıstandan Ukraynaya 8 min ton LPG tədarük edilib ki, bu da ötən ayın analoji dövrü ilə müqayisədə 30 % azdır.
Eyni dövrdə Belarusdan Ukraynaya 5,2 min ton LPG məhsulu idxal edilib ki, bu da daha əvvəlki ayın eyni dövrü ilə müqayisədə eynidir. Ukraynanın qərb sərhədlərindən isə ölkəyə 3,1 min ton LPG tədarük edilib ki, bu da may ayının 6 gününün göstəricisi ilə müqayisədə 19 % azdır. Bu müddət ərzində əsasən Litvadan LPG tədarük edilib ki, bu həcmin miqdarı isə 1,1 min ton təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay