Energetika
04.06.2021 / 17:38
"Brent" neftinin qiyməti ilk dəfə 72 dolları ötüb
13395
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 17:22-də 1,18% artaraq 1 barelə görə 72,15 dollar təşkil edib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, sonuncu dəfə "Brent" nefti 72 dollardan yuxarı 2019-cu ilin may ayında ticarət olunub. Hazırda sözügedən markalı neft 71-72 dollar civarında ticarət olunur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,91% artaraq 69,72 dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay