Vahid Ələkbərov neftin qiyməti ilə bağlı müsbət proqnoz
“2022-ci ilədək qlobal bazar istehlakın 100 milyon barelinə qayıdacaq”.
Valyuta.az xəbər verir ki, bu fikirləri “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Rossiya-24”-ə müsahibəsində bildirib.
Neftin qiymətləri ilə bağlı proqnozunu bölüşən V.Ələkbərov, qiymətlərə gəlincə, kifayət qədər təmkinli bir proqnozunun olduğunu deyib.
Hələ də bir bareli 50 dollar olan orta müddətli qiymətdən davam etdiklərini diqqətə çatdıran “Lukoyl” rəhbəri qeyd edib ki, neft bazarında vəziyyət yaxşılaşır:
“Neftin qiyməti artır, benzin istehlakı artır və təyyarə yanacağı istehlakı artmağa başlayıb”.
O hesab edir ki, hazırki vəziyyət “təmkinli nikbinliyə” səbəbdir:
“Hər-halda ümid edirik ki, əhalinin peyvənd edilməsi nəticə verəcək, yenidən insanlar normal həyata, enerji istehlakı 2019-cu ildəki vəziyyətinə qayıdacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay