Neftin bahalaşmasının səbəbi açıqlandı
Amerika Neft İnstitutu (API) ABŞ-da həftəlik ehtiyatların sürətlə azalması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
Valyuta.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:03-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,55% bahalaşaraq, 1 bareli 71,74 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,6% artaraq, 1 bareli 69,24 dollar təşkil edib.
Daha əvvəl API 28 may tarixinədək olan həftə ərzində ABŞ-da kommersiya ehtiyatlarının 5,4 milyon barel azaldığını məlumat vermişdi. Bu, ehtiyatların 8 milyon barel azaldığı aprelin sonlarından bu yana ən kəskin azalma ola bilər.
Kommersiya ehtiyatları ilə bağlı rəsmi stastistika bu axşam ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanacaq. Analitiklər ehtiyatların 2,4 milyon barel azaldığını güman edirlər.
Treyderlər “OPEK+” üzvlərinin keçirdiyi iclasın nəticələrini qiymətləndirməkdə davam edirlər. Görüşün nəticəsi olaraq, alyans razılaşmanın əvvəlki parametrlərini saxlanması, yəni iyul ayında hasilatın bir qədər artırılması haqqında qərar qəbul edib. Gələcək planlar alyansın iyulun 1-də keçiriləcək növbəti iclası zamanı məlum olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay