"Qazprom" Türkiyəyə qaz ixracını kəskin artırıb
Bu ilin yanvar-may aylarında Rusiyanın "Qazprom" şirkəti MDB xaricindəki ölkələrə qaz ixracını illik nisbətdə 27,2% artıraraq 84,2 mlrd. kubmetrə çatdırıb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin açıqlamasında deyilir.
"Əksər ölkələrə qaz tədarükü atıb, o cümlədən Türkiyəyə – 166,9%, Almaniyaya – 40%, İtaliyaya – 18%, Fransaya – 18,4%, Polşaya – 19,8%, Bolqarıstana – 47,8%, Rumıniyaya – 194,7%, Serbiyaya – 125,9%, Yunanıstana isə 29,9% artıb. Bundan başqa, may ayında 2020-ci ildə Rusiya qazının idxalında lider olan Almaniya və İtaliyaya bu ay üçün tədarük həcmləri baxımından tarixi rekordlar qeydə alınıb", - açıqlamada bildirilir.
Şirkət, həmçinin "Sibirin gücü" qaz kəməri ilə Çinə qaz tədarükünü artırmağa davam edir, lakin dəqiq rəqəmlər verməyib.
Bu arada "Qazprom" yanvar-may aylarında qaz hasilatını illik ifadədə 16,2% artıraraq 221,9 mlrd. kubmetrə çatdırıb. Daxili bazara qaz tədarükü 17% və 18,8 mlrd. kubmetr artıb.
Xatırladaq ki, "Qazprom" 2021-ci ildə 496,9 mlrd. kubmetr qaz, 18,1 mln. ton qaz kondensatı və 40,6 mln. ton neft hasil etmək niyyətindədir. 2020-ci ildə şirkət 453,5 mlrd. kubmetr qaz, 16,3 mln. ton qaz kondensatı və 39,7 mln. ton neft istehsal edib.
Hesabat dövründə "Qazprom"un qaz ixracından əldə etdiyi gəlirlər 2020-ci illə müqayisədə 39,6% azalaraq 25,25 mlrd. ABŞ dolları, qaz ixracı isə 9,7% azalaraq 199,2 mlrd. kubmetrə düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay