Energetika
31.05.2021 / 19:58
OPEC: Bazarda kəsir artacaq
13095
2021-ci ildə neft bazarındakı kəsir aprel ayında güman edildiyindən daha böyük olacaq.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə OPEC-in sənədlərində bildirilir.
Belə ki, neft bazarında gündəlik tələbatın təklifi üstələməsi aprel ayındakı dəyərləndirmədəki 1,2 milyon barelə qarşı 1,4 milyon barel həcmində gözlənilir.
Eyni zamanda cari ildə neftə tələbatın artımına dair proqnoz əvvəlki kimi 6 milyon barel səviyyəsində saxlanılıb.
Həmçinin sentyabr – dekabr dövründə ehtiyatlarının gündəlik 2 milyon barel azalacağı da qeyd olunur.
Bu proqnozlar OPEC+ ekspertlər komitəsinin bu gün keçiriləcək iclasında açıqlanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay