Energetika
26.05.2021 / 14:28
Baş nazirin müavini neft bazarında defisitin həcmini açıqlayıb
12833
Rusiya qlobal neft bazarındakı cari gündəlik defisitin həcmini 1 mln. barel səviyyəsində qiymətləndirir.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Hazırda bazarda gündə təxminən 1 mln. barel kəsir mövcuddur və tələbatın artımını necə təmin edə biləcəyimizi də anlamalıyıq", - A. Novak qeyd edib.
O əlavə edib ki, "OPEC+" neft hasilatının azaldılması üzrə razılaşmada iştirak edən ölkələr İran neftinin dünya bazarına qayıtma ehtimalını nəzərdən keçirir.
"İranın bərpa üçün potensialı var. Biz həmişə sanksiyaların İrana qarşı diskriminasiya xarakterini daşıdığını bildirmişik", - A. Novak qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay