Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi kəskin azalıb
Bu ilin aprel ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,607 milyon barel neft nəql edilib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 3,526 milyon barel və yaxud 17,5 % azdır.
Bu ilin yanvar-aprel ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 68,605 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə 9,184 milyon barel və yaxud 11,8 % azdır.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay