ABŞ və Almaniya “Şimal axını-2” ilə bağlı razılığa gəlib
ABŞ və Almaniya arasında “Şimal axını-2” layihəsinin reallaşdırılması ilə bağlı razılıq əldə edilib.
Valyuta.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel WDR telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden “Şimal axını-2” layihəsi ilə bağlı məsələdə Almaniyaya güzəştə gedib.
Almaniya kansleri əlavə edib ki, Berlin və Vaşinqton layihə ilə bağlı və Rusiya ilə münasibətlərə dair dialoqu davam etdirəcək.
Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamenti Konqres üçün hazırladığı məruzəsində “Şimal axını-2”nin operatoru (“Nord Stream 2 AG”) və onun rəhbəri Mattias Varniqə sanksiya tətbiq edilməyəcəyini açıqlayıb. Dövlət katibi Entoni Blinken daha sonra bildirib ki, bu qərar ABŞ-ın milli maraqlarına cavab verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay