"Belneftexim" və SOCAR memorandum imzalayıb
Aprelin 14-də SOCAR və Belarusun Dövlət Neft və Kimya Konserni (“Belneftexim”) arasında qarşılıqlı anlaşma Memorandumu imzalanmışdır. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Belneftexim” Konserninin sədri Andrey Rıbakov imzalayıblar.
SOCAR-dan verilən məlumata görə, memorandumda tərəflərin neft və neft məhsullarının istehsalı və reallaşdırılması sahəsində imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Məlumata əsasən, memoranduma əsasən, əməkdaşlığın əsas istiqamətlərini Azərbaycan neftinin Belarusa tədarükünün təşkili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, həmçinin karbohidrogen ehtiyatları istehsalçıları və istehlakçıları arasında dialoqun aktivləşdirilməsi, Belarus neft emalı zavodlarında əməliyyat effektivliyinin artırılması üçün texniki auditin aparılması və s. təşkil edəcəkdir. Sənəd həmçinin Belarusda istehsal olunan neft məhsullarının reallaşdırılması, birgə investisiya layihələri və Belarus bazarında SOCAR tərəfindən neft məhsullarının satışı sahələrində tərəfdaşlıq məsələlərini əhatə edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay