Azərbaycan martda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib
Cari ilin mart ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 734,8 min barrel olub.
Energetika Nazirliyindən Valyuta.Az-a bildirilib ki, bunun 592,1 min barrelini xam neft, 142,7 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barrel səviyyəsində saxlanılacağı nəzərdə tutulub.
“OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında isə gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilat kvotası 2021-ci ilin ilk 4 ayı üzrə götürdüyü könüllü hasilat öhdəliyindən (595 min barrel) mayda 8 min barrel və əlavə olaraq iyunda 7 min barrel, iyulda isə 10 min barrel çox təşkil edəcək. Ölkədə gündəlik xam neft hasilatı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay