Energetika
10.04.2021 / 14:45
Azərbaycan nefti həftə ərzində 0,3% ucuzlaşıb
10612
Həftə ərzində (6-9 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,49 ABŞ dollarına bərabər olub.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu göstərici əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,15 dollar və ya 1,8% azdır.
Həftə ərzində ən yüksək göstərici (II gün) – 62,98 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 61,63 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,21 dollar və ya 0,34% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay