Ötən ay Naxçıvana nə qədər elektrik enerjisi verilib - HESABAT
Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasına verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, mart ayında texniki itki nəzərə alınmaqla daxil olan 25 mln 156 min kV/saat elektrik enerjisinin dəyəri 2 mln 073,5 min manat olub, cəmi 2 mln 089,7 min manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,8 %-ini təşkil edir.
Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi həcmi 25 mln 156 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 2 mln 073,5 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 2 mln 089,7 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 100,8 % olub.
Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3 mln 378 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 250 min manat, daxil olan vəsaitin həcmidə 250 min manat olub.
Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 366 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 26,3 min manat, daxil olan vəsaitin həcmi isə 26,3 min manat təşkil edib.
Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 939 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 67,1 min manat, daxil olan vəsaitin həcmi isə 67,1 min manat olub.
Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 mln 082 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 77 min manat, daxil olan vəsaitin həcmidə 77 min manat olub.
Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 mln 229 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 157,2 min manat, daxil olan vəsaitin həcmidə 157,2 min manat təşkil edib.
Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcm 191 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 13,5 min manat, daxil olan vəsaitin həcmidə 13,5 min manat olub.
Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 619 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 44,9 min manat, daxil olan vəsaitin həcmi 44,9 min manat olub.
Martda Babək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 mln 782 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 126,2 min manat, daxil olan vəsaitin həcmi 126,2 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100 % olub.
Bu ilin mart ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 14 mln 570 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 mln 313,3 min manat, daxil olan vəsaitin həcmi 1 mln 327,5 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 101,2 % olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay