BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
10225

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz xeyli müddətdən bəri müzakirə olunan bərpa olunan enerji istehsalı ilə bağlı öz feysbuk hesabında paylaşım edib.

Valyuta.az xəbər verir ki, ötən gün Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama toxunan ekspert paylaşımında bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji infrastrukturuna inteqrasiyası nəticəsində enerji sektorunda ciddi keyfiyyət dəyişikliyi yaranacağını qeyd edib:

“Prezident 230 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi barədə Sərəncam imzalayıb. Prosesə 3 il bundan öncə başlanmışdı. Bu prosesə 7-8 dövlət qurumu ( Energetika Nazirliyi, ETSN, Azərenerji, Maliyyə Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və s. ) cəlb edilib. Ötən müddət ərzində onlar tərəfindən “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin layihələri hazırlanıb. 2019-cu ildə bərpa olunan enerji ilə bağlı işləri görmək üçün 9 xarici şirkət arasından iki şirkət, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətləri seçilib. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək elektrik stansiyası quraşdıracaq”.

O əlavə edib ki, 2020-ci ilin yanvarında MASDAR şirkəti ilə Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı müqavilə imzlanıb. Şirkət 2022-ci ilədək stansiyanın tikintisini başa çatdırmalıdır:

“ACWA Power” və “Masdar” şirkətlərinin bərpaolunan enerji mənbələri sahəsində həyata keçirəcəkləri pilot layihələr ümumilikdə $300 milyondan artıq qiymətləndirilir. Bu prosesə tanınmış beynəlxalq məsləhətçi təşkilat olan Norveçin DNV GL Energy Advisory GmbH şirkəti cəlb edilib. Bu şirkətin dəstəyi ilə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi hazırlanıb”.

O. Gündüzün sözlərinə görə, bu gün Azərbaycanda elektrik enerjisinin 91,9%-i ənənəvi enerji resursundan - təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın cəmi 8,1%-i həcmindədir. Bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması nəzərdə tutulur: “Bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji infrastrukturuna inteqrasiyası enerji sektorunda ciddi keyfiyyət dəyişikliyi yaradacaq. Enerji sektorunda inhisarçılıq aradan qaldırılacaq, enerjinin qiymətləri ucuzlaşacaq. Güman ki, gələcəkdə adi vətəndaşlar da elektrik enerjisi istehsal edib özünə lazım olmayan hissəni dövlətə sata biləcək. Energetika Nazirliyinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Azərenerji-nin bu istiqamətdəki səyləri təqdirə layiqdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin